AZ

Niyə Bali və ya İbiza yox, Antalya? — AÇIQLAMA

Artıq yay tətili günləri başlayıb və yerli turistlər istirahət etmək üçün axtarışdadı. Statistikaya əsasən, Türkiyənin Antalya və Bodrum kimi istirahət məkanları dünyanın məşhur tətil guşələrini geridə qoyur. Bu il də Türkiyəyə üz tutanların sayında artım müşahidə edilir. 

Bu barədə “Millennium Turizm” şirkətinin rəhbəri Ruslan Quliyev Demokrat.az-a bildirib ki, Türkiyənin turizm bölgələri Avropada, ümumiyyətlə, dünyada ən populyar istiqamətlərdən biri kimi dəyərləndirilməlidir. 


Ruslan Quliyevin sözlərinə görə, qiymətlərin müqayisəli analizinə baxdıqda avqustun son həftəsinə qədər tur paketlərində yüksək sezon qiymətləri müşahidə olunacaq:  

“Yay sezonunun başlanması ilə əlaqədar paytaxt sakinləri ümumiyyətlə, Azərbaycan vətəndaşları həm regionlara, həm də ölkə hüdudlarından kənarda olan tur paketləri ilə maraqlanırlar. Bu gün turistlər hər il olduğu kimi Antalya, Bodrum, Kuşadası, Kəmər, Bələş və s. bu istiqamətdə istirahət məkanlarına üz tuturlar.  

Baxmayaraq ki, devalvasiya zamanında və pandemiya dönəmində bir az sıxıntılar oldu. Amma sonrakı dövrdə qiymətlərdə artım olması tur paketlərinə də öz təsirini göstərdi. Ancaq yenə də həm Azərbaycan vətəndaşlarının, həm bütün MDB məkanının, həm də Avropa üçün Türkiyə yenə də ən populyar istiqamət olaraq qalır. Son zamanlarda Türkiyədə sağlamlıq turizminin inkişaf etdirilməsi də ümumi Türkiyə turizmi adına böyük dəyər qazandırıb. Təbii ki, Avropa ölkələrindən İspaniyanın İbiza, Malyorka kimi, Yunanıstanın Rodos adaları kimi alternativ yerlər də var. 

Buna baxmayaraq, qardaş Türkiyənin verdiyi servis daha münasibdir. Məsələn, bu gün ümumi olaraq, dünya praktikasında hər il olduğu kimi,yay tətili günlərində qiymətlər bahalaşır. Təbii ki, bu da tələbdən asılıdır. 

Bu gün Antalya istiqamətində bir nəfər üçün gediş-dönüş bilet, qarşılanma, yola salma və gündə 3 dəfə qidalanma 1300-1500 manat arasında dəyişən qiymətlər mövcuddur. Bu qiymət Bodrum istiqamətində 1500-1700 manat, İbiza, Malyorka istiqamətində 2000-2500 manat, yunan adalarına isə 1500-2000 manat aralığında dəyişir”. 

Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
demokrat.az

1Mənbələr