AZ

Şərqi Zəngəzurda ilk dəfədir ki, QHT-lərin birinci əməkdaşlıq forumu keçirilir

Zəngilan. Trend:

24-25 iyun tarixlərində Qeyri-hökumət Təşkilatlarına DövlətDəstəyi Agentliyi və Milli QHT Forumunun birgə təşkilatçılığı iləişğaldan azad edilmiş ərazilərdə Şərqi Zəngəzurda ilk dəfədir ki,QHT-lərin birinci əməkdaşlıq forumu keçirilir.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu Zəngilandakeçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunda jurnalistlərəaçıqlamasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoruAygün Əliyeva deyib.

O bildirib ki, forum iki gün ərzində davam edəcək.

"Forumda 200-ə yaxın Azərbaycanda fəaliyyət göstərən ictimaibirliklərin rəhbərləri və nümayəndələri iştirak edirlər. Forumçərçivəsində COP29 Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı, eynizamanda, QHT-lər, nəticələr, hədəflər, Ermənistanın dağ mədənsənayesində törətdiyi ekoloji fəsadlar və başqa mövzularda maraqlıpanel müzakirələr olacaq.

Eyni zamanda, QHT-lər Silahlı Qüvvələr Günü münasibətilə N saylıhərbi hissəyə də səfər edəcək. Sabah isə forumun son günündə YaşılDünya Naminə Həmrəylik Müraciəti gözlənilir. Artıq forum öz işinəbaşlayıb, maraqlı fikirlər səslənir.

QHT sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlıictimai iştirakçılığın təşviq edilməsi və QHT-lərin beynəlxalqəlaqələrin inkişaf etdirilməsi və başqa mövzularda maraqlı panelmüzakirələri davam etməkdədir", - deyə o qeyd edib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
1
az.trend.az

2Mənbələr