AZ

Rusiyada baş verən qanlı olayların PƏRDƏARXASI: Dağıstandakı terrorla bağlı ŞOK TƏFƏRRÜAT

 

“Rusiyada baş verən terror aktı da dünyada baş verənlərin və dini qarşıdurmanın fonunda baş verib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Dağıstanda baş verən terror aktı və bunun səbəblərini şərh edən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadə bildirib ki, Dağıstandakı terrorun Rusiya-Ukrayna müharibəsi ilə əlaqəsi yoxdur.

“SSRİ dağılandan sonra Şimali Qafqazda mərkəzi hökumətlə onun subyektləri (Çeçenistan, Dağıstan, İnquşetiya) arasında konfliktlər olub. Baş verənlər dünyada gedən proseslərlə bağlıdır. Bunun Rusiya-Ukrayna müharibəsi ilə əlaqəsi yoxdur”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, Qəzza bölgəsində İsraillə HƏMAS arasında toqquşma gedir.

“HƏMAS İsrailə qəfil hücum etdi. Bu, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar idi. HƏMAS-İsrail müharibəsi vitrin müharibədir. Konfliktləri çoxaltmaq üçün atılmış addımlardan biri idi. İsrail Fələstin toqquşması fonunda dini qarşıdurma artıb. Hesab edirəm ki, Rusiyada baş verən terror aktı da dünyada baş verənlərin və dini qarşıdurmanın fonunda baş verib”, – deyə o bildirib.

Y,bağırzadə vurğulayıb ki, baş verənlər dini ekstremizmin bir hissəsidir:

“Qəzzada baş verənlər bəzi dini qruplar üçün həvəsləndirici addım olub. Baş verənlər pislənilməli və bunun regionda yayılmasının qarşısı alınmalıdır”.

Səxavət Məmməd

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
yenicag.az

1Mənbələr