AZ

Şəmkirin keçmiş icra başçısı 11,5 il azadlıqdan məhrum edilib

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş rəhbəri Alimpaşa Məmmədov 11,5 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökm iyunun 24-də Gəncə Ağır Cinayətlər Məhkəməsində çıxarılıb.

Dövlət ittihamçısı məhkəmədən onun 13 il müddətinə mühakimə olunmasını istəyib.

Məmmədov ötən ilin aprelində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə); 193-1.3.2 ( cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması); 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda); 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət almaq) maddələrilə ittihamlar irəli sürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
turan.az

1Mənbələr