AZ

Azərbaycanda futbol çempionatlarının başlama tarixi məlum oldu

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

News24.az xəbər verir ki, Peşəkar Futbol Liqasının məlumatına görə, püşkatma tədbiri 16 iyul tarixində AFFA-nın inzibati binasında keçiriləcək.

Mərasim saat 15:00-da başlanacaq. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 2-də start götürəcək.

Futbol üzrə Azərbaycan 1-ci Liqa və 2-ci Liqanın başlama tarixləri bəlli olub.

2-ci Liqa sentyabrın 1-də start götürəcək. 1-ci Liqa 10 gün sonra – 11 sentyabrda başlayacaq.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
news24.az

1Mənbələr