AZ

Husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini vurub

Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini qanadlı raket və pilotsuz dəniz vasitəsi ilə vurduqlarını açıqlayıb.

Husilərin Hərbi Sözçüsü Yəhya Seri açıqlamasında “Transworld Navigator” adlı gəminin Qırmızı dənizdə pilotsuz dəniz vasitəsi ilə hədəf alındığını qeyd edib.

Seri, "Stolt Sequoia" adlı başqa bir gəminin də Hind okeanında qanadlı raketlə müvəffəqiyyətlə vurulduğunu açıqlayıb.

Hərbi sözçü gəmilərin "işğal olunmuş Fələstin limanlarına giriş qadağasını" (husilərin elan etdiyi qadağa) pozduqları üçün hədəfə alındığını bildirib.

Seçilən
90
7
aznews.az

10Mənbələr