AZ

Orban: “Doğrudanmı biz Krımda NATO bayrağını görmək istəyirik?”

Macarıstanın baş naziri Viktor Orban Avropanı Ukrayna münaqişəsində hədəflərini müəyyənləşdirməyə çağırıb və bu müharibəni yalnız Trampın dayandıra biləcəyini deyib.

Editor.az-ın xarici mediaya istinadla verdiyi məlumata görə, o, Ukraynadakı müharibənin bu ölkənin NATO-ya üzv olmaq hüququnu təmin etmək məqsədi daşıdığını bildirib.

“Rusiya bunu qəti şəkildə rədd edir. Qərb bunu tam dəstəkləyir. Bəs biz doğrudanmı Krımda NATO bayrağını görmək istəyirik? Bu barədə heç kim dəqiq açıqlama verməyib. Əvəzində gənc ukraynalıların ölümləri maliyyələşdirilir”,- Orban bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti kainatda yeganə şəxsdir ki, Kiyev və Moskvaya iki həlledici zəng edə bilər və bu sadəcə Donald Tramp ola bilər. Orban qeyd edib ki, Rusiyanın Ukraynadakı məqsədləri onu maraqlandırmır və sadəcə olaraq, Almaniyanın keçmiş kansleri Angela Merkel vəzifəsində qalsaydı, müharibənin mümkün qədər tez bitməsini istəyir. Macarıstanın baş naziri Orban Almaniya mətbuatına verdiyi açıqlamada Avropa Komissiyasının sədri Ursula fon der Leyenin səlahiyyət müddətinin daha bir müddətə uzadılmasına qarşı çıxıb. Ursula fon der Leyenin səlahiyyət müddətində əldə etdiyi zəif nəticələrə görə yenidən seçilməsinə qarşı olduğunu qeyd edən Macarıstan lideri vurğulayıb ki, yaşıl transformasiya tam idarəetmə uğursuzluğudur və immiqrasiya paketi heç bir problemi həll etmir. Avropanın daha yaxşı idarəçiliyə ehtiyacı var: “Bunu edə biləcək çox istedadlı siyasətçilər var. Son beş il yəqin ki, Avropa İttifaqının tarixində ən pis dövr olub. Brüsseldə Avropa Komissiyasının və elitanın əldə etdiyi nəticələr zəif idi. Demokratik milli seçkilər kontekstində bu işi davam etdirmək üçün kifayət etməyəcək”.

//Gülnarə Abasova, Editor.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
editor.az

1Mənbələr