AZ

Əli İnsanov parlament seçkisində namizəd olacaq?..

VI çağırış Milli Məclis bu həftə öz fəaliyyətini başa vuracaq. Parlamentarlar Milli Məclisə vaxtından əvvəl - növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət ediblər.

İndi gözlər Prezident Administrasiyasındadır. Yəqin ki, yaxın anlarda dövlət başçısı deputatların növbədənkənar seçkilərə dair müraciətinə cavab verəcək.

Böyük ehtimalla parlament seçkiləri noyabrda deyil, xeyli əvvəl - sentyabrda keçiriləcək.

Cəmiyyət Milli Məclisin növbəti tərkibində xeyli dəyişiklik olacağını gözləyir. Qarşıdakı növbədənkənar seçkilərdə namizədliyini irəli sürən müxtəlif adlar görəcəyik.

Bəs Haqq Ədalət Partiyasının (HƏP) sədri, sabiq səhiyyə naziri Əli İnsanov necə, seçkilərdə iştirak edəcək?

Məsələ ilə bağlı Modern.az-a danışan HƏP sədrinin siyasi məsələlər üzrə müşaviri Qəvami Sadıqbəyli bildirib ki, belə ciddi məsələ partiya daxilində müzakirə olunduqdan sonra dəqiq nəsə demək mümkündür:

"Məramını ictimayyətə çatdırmaq və xalqa xidmət etmək siyasi partiyaların əsas vəzifələrindən biridir. Bu baxımdan HƏP-in da Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməsi istisna deyil. Lakin bu barədə hələ HƏP-in rəsmi qərarı yoxdur. Mənim sədrin əvəzinə fikir söyləməyim doğru olmaz. Adətən belə ciddi məsələlər müzakirə olunmalıdır...".

Sədr müavini Əli İnsanovun adından danışa bilməyəcəyini deyib, onun seçkiyə qatılıb-qatılmayacağını şərh etməyib və seçkilərlə bağlı rəsmi qərarı gözləməyi məsləhət görüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
2
paytaxt.org

3Mənbələr