AZ

"Bura biznes mərkəzidir, klinika deyil..." - NARAZILIQ VAR...

"Şikayətim "Liv Bona Dea Hospital"dandır. Mart ayının 23-də hospitalda yoldaşıma qeysəriyyə yolu ilə doğum əməliyyatı keçirilib. 10 gün ərzində də bütün lazımi sənədləri bizə təhvil veriblər..." Dia-az.İnfo bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.



Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Daha sonra yoldaşım analıq məzuniyyətində müavinət əldə etmək üçün işlədiyi müəssisəyə həmin sənədləri təhvil verib. Bir müddət sonra isə müəyyən olub ki, sənədlər arasında ağır əməliyyat keçirilməsi və bu səbəbdən 2 həftə əlavə məzuniyyət müavinəti almaq üçün xəstəxana tərəfindən açılması lazım olan sənəd (bülleten) yoxdur. Yəni xəstəxana tərəfindən heç açılmayıb. Bununla əlaqədar xəstəxana ilə əlaqə saxladıq, lakin onlar bülletenin açılmasının artıq gec olduğunu vurğulayıblar, yalnız nadir istisna hallarda yeni bülleten açdıqlarını deyirlər. Bəs xəstəxananın öhdəliyi yerinə yetirməməsi nadir hal deyil? Bundan əlavə də hospitalın bu işlərlə məşğul olan nümayəndəsi zənglərə və smslərə (oxuyub) cavab vermir. Hospitalın öz nömrəsi ilə əlaqə saxladıq, bizə müştəri məmnuniyyəti və şikayəti şöbəsinin nömrəsini verdilər, lakin onlarda cavab vermir. Bu cür adı sanı olan özəl hospital sadə bir məsələ üzərində müşrətilərinə bu qədər əziyyət verir. Üstəlik də daimi müştərilərinə..."



Qeyd edək ki, bu məsələ digər istifadəçilərin də diqqətini cəlb edib. Onlardan bəzilərini təqdim edirik:

Nurgül Əliyeva yazır: "Bu yaxınlarda az qalmışdı,yaxınımın axırına çıxsınlar... Orda işləyənleər insan deyil... Adam nə qədər ağılsız ola ki təkrar ora getsin...

İnsan ölsə belə, bu qədər şikayət olsa belə, çox arxayındırlar... Kimə güvənirlər?.."

Zara Əhmədova adlı istifadəmi isə mövqeyini qısa ifadə edib: "Bura biznes mərkəzidir, klinika deyil.."

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
paytaxt.org

1Mənbələr