AZ

Aİ Gürcüstan rəsmiləri üçün Şengen vizalarını dayandıra bilər


Avropa İttifaqı (Aİ) xarici agentlər haqqında qanuna cavab olaraq Gürcüstanın yüksək vəzifəli məmurlarına Şengen vizalarının verilməsini dayandıra bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşünə gələrkən bildirib.
“Avropa Komissiyasının hazırladığı tədbirlərin tam siyahısı var, biz Gürcüstana müxtəlif yardım fondlarının dəstək məsələsini qaldıracağıq, həmçinin yüksək vəzifəli məmurlar üçün Şengen vizalarına qoyulan qadağa və digər aspektləri müzakirə edəcəyik”, - respublikanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti Aİ və ABŞ-nin sərt bəyanatlarına səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib. Respublika Prezidenti Salome Zurabişvili mayın 18-də qanuna veto qoyub. Lakin parlament bunu mayın 28-də ləğv edib.
Xatırladaq ki, qanun maliyyəsinin 20%-dən çoxu xaricdən gələn qeyri-hökumət təşkilatlarına və mediaya şamil edilir. Onlardan hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə gəlir və xərclər haqqında bəyannamə təqdim etmələri tələb olunacaq. Bu öhdəliyi yerinə yetirməyənlər, 25 min lari (8,7 min dollardan çox) məbləğində cərimə ediləcəklər. Cərimədən sonra bəyannamə təqdim edilməzsə, gecikdirilən hər ay üçün 20 min lari (təxminən 7 min dollar) tutulacaq.
Seçilən
107
yeniavaz.com

1Mənbələr