AZ

Türk futbolçu gürcüləri məyus etdi - fransızların gözü düşdü

AVRO-2024-ün qrup mərhələsində Gürcüstana qol vuran Mert Müldür fransızların radarına tuş gəlib. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, \"Lion\" klubu futbolçunun məhz Gürcüstanla oyundakı performansını bəyənib.

Fransız klubu turnirin sonunda \"Fənərbağça\"ya futbolçuyla əlaqədar təklif göndərməyi planlaşdırır. 

Qeyd edək ki, Müldürün Türkiyə nəhəngi ilə müqaviləsi 2027-ci ilə qədərdir.
 
25 yaşlı sağ cinah müdafiəçisinin bazar dəyəri 4.2 milyon avroya bərabərdir.

Qeyd edək ki, \"Fənərbağça\"da son mövsümdə 31 oyun keçirən Mert 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Məryəm
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
azxeber.com

1Mənbələr