AZ

Arteta onu “Arsenal”a gətirmək istəyir

“Arsenal” “Atletik”in hücumçusunun transferini başa vuracağı təqdirdə, futbolçulardan biri ilə ayrıla bilər.



Komanda.az “Daily Express”-ə istinadən xəbər verir ki, baş məşqçi Mikel Arteta 21 yaşlı Niko Uilyamsı komandasına gətirmək istəyir.



Gənc futbolçu çox yüksək maaş tələb edir, ona görə də, “Arsenal” sıralarını yüngülləşdirmək üçün hücumameyilli oyunçularından birini sata bilər.



“Liverpul”, “Çelsi” və “Barselona” da Uilyams üçün mübarizə aparır.



Uilyams La Liqanın son mövsümündə 5 qol vurub, 11 məhsuldar ötürmə edib. Onun müqaviləsində 58 milyon avroluq sərbəstqalma maddəsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərarsenal Arteta

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
komanda.az

1Mənbələr