Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 7 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.Katsina əyalət polisinin sözçüsü Abubakar Aliyu Sadiq bildirib ki, motosikletli silahlı şəxslər vilayətin Maidabino kəndinə gələrək ətraf ərazilərə atəş açıblar.Sadiq hücumda 7 nəfərin həyatını itirdiyini, çoxlu sayda insanın yaralandığını qeyd edib.Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Sadiq hadisə ilə bağlı araşdırmalara başlanıldığını qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta