AZ

"Şuşaya 25, Xankəndiyə 32 km-dir: Geri dönməliyik"- Politoloq sayıqladı

“ Ermənistan sərhəddində dayanan erməni əsgərindən Xankəndiyə (Stepanakertə) qədər düz xətt üzrə 32 kilometrdir. Şuşa: 25 kilometr. Kəlbəcər: 7 kilometr. Hadrut: 40 kilometr... Daha çox deyim: Gəncə (Qandzak) Ermənistan sərhədindən cəmi 55 kilometr aralıdadır”.

Bu sözlər “Oskanapat” analitik mərkəzinin təsisçisi  politoloq Hrant Melik-Şahnazaryan Facebook səhifəsində sayıqlamasındandır.Çərənçi və revanşist politoloq yazır:” Deyin görüm, məsafələrin bir-biri ilə nə əlaqəsi var? Heç bir! Xüsusən bizim dövrümüzdə bu “məsafələrin” həqiqətən də bir-biri ilə heç bir əlaqəsi yoxdur. Bütün istiqamətlərdə evə getmək bir günlük yoldur.
İradə və məqsəd olsun. İradə və məqsəd... Xalqımıza qarşı döyüş burada gedir. Burada düşmənimizə uduzduq. İndi də fikirləşirəm ki, heyrətamizdir, bizi necə “ruhlandırdılarsa”, hər şey itirildi? Və əminəm ki, yox. Bunu bərpa etmək bizim məqsədimizə çevrilməlidir. Bizim əsl və yeganə məqsədimizə!
Gec-tez o bir günlük yolu keçməliyik. Başqa variantımız yoxdur. Keçməsək, itmiş olarıq. Biz bu gün bu qərarı verməliyik ki, xüsusi və milli olaraq.
Həyatımda yalnız bir məqsədim var idi: doğma Oskanapatda manqal qalamaq. Hazırda mövcud sərhədimizdən Oskanapata qədər cəmi 35 kilometrdir. Eynilə İrəvandan Hrazdana qədər. Və inanmalıyam ki, mənim arzularım, hədəflərim, gücüm və bacarığım hətta 35 kilometrə belə çatar”.
Qeyd edək ki, arzuları və istəkləri boş xülyadan ibarət olsa da Hrant Melik-Şahnazaryan bir politoloq kimi çox uzaqgörəndir. O hələ  22 Sentyabr 2020-ci ildə - 44 günlük müharibədən 1 həftə əvvəl demişdir ki, “Azərbaycan bu ölkənin rəhbəri timsalında öz son bəyanatı ilə müharibənin yenidən başlaması istiqamətində informasiya təbliğatına əvvəlcədən hazırlaşma həyata keçirir. “Bizi genişmiqyaslı müharibə təhdid edir və bu, yalnız Qarabağla məhdudlaşmaya bilər”.
Nətəhər demişdisə, elə də oldu.

P.S. Bu beyində, bu əqidədə, bu xülyada olursunuz deyə hər zaman əzilməyə məhkumsunuz! 


Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
adalet.az

1Mənbələr