Zəngilan. Trend:
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında maraqlı layihələrhəyata keçirilir.
Trend xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilanrayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi VahidHacıyev Zəngilanda keçirilən "Azərbaycan Qeyri-HökumətTəşkilatlarının Əməkdaşlıq Forumu"nda çıxışı zamanı deyib.
O qeyd edib ki, Ağalı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinəuyğun tikilib:
"Burada 17 məqsəddən 11-i təmin olunub. Kənddə 175 ailədənibarət 871 nəfər artıq məskunlaşıb. 300 evdən ibarət "Ağalı-2"fazasının isə tikintisi davam edir".
V.Hacıyev Azərbaycanın bu il COP29-a ev sahibliyi edəcəyini dəxatırladıb:
"İşğaldan azad olunmuş ərazilərdə ekoloji layihələrin icrasıCOP29-la bağlı Azərbaycanın önəmli addımlarından olacaq. Zəngilanyeganə rayondur ki, ərazisindən dörd çay keçir. Həmin bu çaylardansəmərəli istifadə edirik. Oxçuçay üzərində dörd su elektrikstansiyası fəaliyyət göstərir. Ümumi ölçüsü 42 kvt-dır. Zəngilanda100 mindən çox ağac əkilib. Təkcə bu il 50 min ağacın əkilməsinəzərdə tutulur".
Prezidentin xüsusi nümayəndəsi əlavə edib ki, Cəbrayıl, Qubadlıvə Zəngilanda görülən işlər bununla da yekunlaşmır: "İnvestorlarındiqqətini cəlb edən maraqlı layihələr həyata keçirilir".