AZ

“Sabah” istəyinə çatdı – danışıqlar müsbət yekunlaşdı (ÖZƏL)

“Sabah” ötən mövsümü icarə əsasında komandada keçirən Kahim Parrisi heyətinə qatıb.

FutbolPress“in əldə etdiyi məlumata görə, yamaykalı oyunçu üçün Kiyev “Dinamo”su ilə bir müddətdir davam edən danışıqlar müsbət yekunlaşıb. Tərəflər oyunçunun keçidi ilə bağlı razılaşıb və transfer yaxın zamanda rəsmən açıqlanacaq.

24 yaşlı vinger 2023-cü ilin sentyabrından “Sabah”ın formasını geyinir. Parris ötən mövsüm “futuristlər”lə 32 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.

Yamayka millisinin də üzvü olan futbolçu yığmada 10 oyuna çıxıb. Onun “transfermarkt”da dəyəri 650 min avrodur.

Şahin Cəfərov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
futbolpress.az

1Mənbələr