AZ

“Şerif”in baş məşqçisi Ukraynadan neçə çıxıb?

Moldova futbolunun ən titullu klubu “Şerif” son mövsümdə çempionluğu “Petrokub”a təhvil verəcəyini anlayan kimi baş məşqçisi ilə vidalaşdı.

Daha doğrusu, baş məşqçinin səlahiyyətlərini yerinə yetirən Viktor Mixaylovu mayın 7-də ukraynalı Yuri Qura əvəzlədi. 1976-cı il avqustun 8-də Aleksandriyada dünyaya gələn Quranın futbolçu karyerası əsasən Qazaxıstan klubları ilə bağlıdı. Amma karyerasını vətənində bitirib və elə orda da məşqçiliyə başlayıb. 2021-ci ildə “Aleksandriya”nın “sükanı arxasına” keçib, 2022-nin dekabrına qədər bu komandanı çalışdırıb. Onun hazırda Rusiya ilə müharibə aparan ölkəni necə tərk etməsi jurnalistlərdə sual doğurub.

“Football-plus.az” Ukrayna mediasına istinadla xəbər verir ki, Qura “Moldovaya necə gedə bildiz” sualına belə cavab verib:

“Müharibədən xeyli əvvəl yararsızlar siyahısındayam. Futbolçu karyerasını bitirəndən sonra mənə bud oynağının osteaortrozu qoyuldu, oynaqlarımı tam dəyişdilər, hərbi xidmətə yararlı deyiləm. Bu üzdən ölkəmi qanuni yolla tərk etdim”.

ORXAN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
football-plus.az

1Mənbələr