AZ

Çindən Dağıstanda törədilən terror aktına münasibət

"Çin Dağıstanda mülki şəxslərə və polisə qarşı hücumu pisləyir". 

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bununla bağlı Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin açıqlama verib.

O, Çinin terrorizmin bütün növlərinə qarşı olduğunu bildirib: 

"Çin terrorizmin bütün formalarına qarşıdır və mülki şəxslərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı vəhşi hücumları pisləyir". 

Qeyd edək ki, ötən gün Dağıstanda kilsə və sinaqoqa, polis bölməsinə silahlı basqın olub. Hücum  nəticəsində azı 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb. Daha 44 nəfərin yaralandığı qeyd olunur.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
bakivaxti.az

1Mənbələr