Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib.
Hurriyyet.az xəbər verir ki, digər şeylərlə yanaşı, yeni paketə aşağıdakılar daxildir:
- Rusiya LNG-nin Avropa limanları vasitəsilə tranzitinə məhdudiyyətlər tətbiq edilib. Aİ hələlik onu almağa davam edəcək, lakin üçüncü ölkələrə təkrar ixrac qadağan olunacaq;
- 27 gəminin daxil olduğu “kölgə” Rusiya donanması ilə bağlı məhdudiyyətlər tətbiq olunur;
- "Arctic LNG-2" və "Murmansk LNG" kimi LNG layihələrinin tamamlanması üçün investisiyaların, malların, texnologiyaların və xidmətlərin göstərilməsinin qadağan edilməsi;
- İkili istifadə texnologiyalarının ixracına məhdudiyyətlər qoyulmuş 61 şirkətə qarşı sanksiyalar;
- Rusiyadan helium idxalına və Rusiya Federasiyasına manqan filizlərinin, bir sıra plastik növlərinin, nadir torpaq elementlərinin, elektron komponentlərin ixracına qadağa;
- Avropa aviaşirkətlərinə Rusiyadan fiziki və hüquqi şəxslərin sifarişi ilə dünya üzrə çarter və şəxsi uçuşlar həyata keçirməyi qadağa;
- Üçüncü ölkələrə hərbi mallar satan Aİ şirkətləri onların Rusiyaya təkrar ixracı ilə bağlı riskləri müəyyən etməli və qiymətləndirməlidir;
- Aİ şirkətləri üçüncü ölkələrdəki “törəmə şirkətlərinin” Rusiya Federasiyasına qarşı sanksiyalardan yan keçməməsinə cavabdehdir;
- Avropa mediası, partiyaları və analitik təşkilatlarına Rusiya mənbələrindən maliyyə vəsaiti qəbul etmək qadağandır;
- 116 fiziki və hüquqi şəxsə qarşı şəxsi sanksiyalar.
modern.az