AZ

Benyamin Netanyahu İsrail-Livan sərhədindəki vəziyyəti qiymətləndirib

İsrailin Baş naziri Benyamin Netanyahu Livan sərhədindəki vəziyyəti dəyişdirməyə hazırlaşdıqlarını açıqlayıb.
Benyamin Netanyahu İsrailin ''Kanal 14'' telekanalına verdiyi müsahibədə Livan sərhədindəki vəziyyəti və Qəzzadakı müharibəni qiymətləndirib.
"Ölkənin şimalındakı vəziyyətlə bağlı hazırlıq görürük" deyən Benyamin Netanyahu bununla bağlı planlarının təfərrüatlarını mətbuata açıqlaya bilməyəcəyini bildirib.

Qəzzadakı müharibəni də qiymətləndirən Benyamin Netanyahu deyib: "Qəzzada gərgin qarşıdurma mərhələsi bitmək üzrədir və mən ''Həmas''ı məhv etmədən müharibəni dayandırmağa hazır deyiləm. İsrail Qəzzada fələstinlilərlə əməkdaşlıq edərək mülki idarəçilik sistemi qurmaq niyyətindədir".
Oktyabrın 7-dən etibarən Qəzza zolağına hücumlarını davam etdirən İsrail şimal sərhədində də Livandakı Hizbullah ilə döyüşür.

Qeyd edək ki, Livan və İsrail arasında "Mavi xətt" adlanan sərhəd xəttində son həftələrdə gərginliyin səviyyəsi artıb.
İsrail ordusu iyunun 18-də Livana mümkün hücum üçün “əməliyyat planını” təsdiqlədiyini açıqlayıb.
İsrailin xarici işlər naziri Yisrael Katz iyunun 21-də verdiyi açıqlamada Hizbullahın İsrail torpaqlarına və vətəndaşlarına qarşı hücumlarına icazə verə bilməyəcəyini və tezliklə lazımi qərarların qəbul ediləcəyini  bildirib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
trt.net.tr

1Mənbələr