AZ

Elnar Xəlilovdan qətlə yetirilən dayısı oğlu polis Eldəniz Məmmədov ilə bağlı AÇIQLAMA

 

Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib. Sözügedən şəxs 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.

Missiya.Az xəbər verir ki, qətlə yetirilən polislərdən biri Eldəniz Məmmədovun müğənni Elnar Xəlilovun qohumu olduğu məlum olub.

Bu barədə sənətçi özü sosial şəbəkə hesabında bildirib.

Biz də Elnar Xəlilov ilə əlaqə saxladıq. 

O bildirdi ki, həlak olan polis Eldəniz Məmmədov dayısı oğludur. O, Qərbi Azərbaycanlıdır.

Hazırda yas mərasimində olan Elnar Xəlilov çox məyus olduğunu qeyd etdi:

“O, bizim üçün əziz və bir o qədər də dəyərli insan idi. Dayım oğluna və digər polislərə Allahdan rəhmət diləyir, ailələrinə səbr arzulayıram. Məkanları cənnət olsun”,-deyə sənətçi qeyd edib.

 

Leyla SƏMƏNDƏRMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
50
missiya.az

10Mənbələr