AZ

Ukrayna Sevastopolu vurdu, Rusiya ABŞ-ı günahlandırdı

Rusiya da Ukraynanın Sevastopola raket hücumlarında ABŞ raketlərindən istifadə etdiyini bildirərək hücuma görə ABŞ-ın məsuliyyət daşıdığını açıqlayıb.  Vətəninfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi “Belə hərəkətlər cavabsız qalmayacaq” deyib.

Rusiyanın ABŞ-dakı səfiri Anatoli  Antonov ABŞ-ı beynəlxalq terrorizm dəstək verməkdə  ittiham edib.

Rusiya Müdafiə Nazirliyi iyunun 23-də Ukraynanın klaster başlıqlı 5 raketlə şəhərə hücum etdiyini və raketlərin ABŞ istehsalı olduğunu bildirib.

Rusiya Səhiyyə nazirinin müavini Aleksey Kuznetsov Ukrayna ordusunun Rusiya tərəfindən ilhaq edilən Sevastopola raket hücumları nəticəsində 124 nəfərin yaralandığını bildirib. Kuznetsov bildirib ki, yaralananlardan 27-si uşaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
veteninfo.az

1Mənbələr