AZ

Nigeriyada silahlı hücumda 7 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 7 nəfər ölüb, çox sayda insan yaralanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, motosikletli silahlı şəxslər Maidabino kəndinə gələrək ətraf ərazilərə atəş açıblar. Katsina ştatının polis sözçüsü Abubakar Aliyu Sadiq bildirib ki, hücumda 7 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Hadisə ilə bağlı bölgəyə təhlükəsizlik qüvvələri göndərilib və araşdırmalara başlanılıb.

Yerli mətbuat hücumda onlarla insanın qaçırıldığını bildirib.

Qeyd edək ki, son zamanlar Nigeriyanın müxtəlif yerlərində silahlı dəstələrin hücumları artıb. Hətta ölkədə adam oğurluğu halları da artmaqdadır. Ölkədə adam oğurluğu ölümlə cəzalandırılsa da, fidyə müqabilində bu hallar tez-tez baş verir.

Zərif Sofiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
e-huquq.az

1Mənbələr