AZ

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı niyə azalıb...

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 32%-dən çox azalıb. Bunu səbəbi nədir? Azalma daha çox ilkin qeydiyyatı, yoxsa təkrar qeydiyyatı əhatə edir?


Mövzu ilə bağlı Modern.az-ın suallarını əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı cavablandırıb.


Onun sözlərinə görə, azalmanın böyük hissəsi təkrar qeydiyyatla bağlıdır:

“Amma ilkin qeydiyyatda problemlər daha çoxdur. Təkrar qeydiyyat zamanı azalmanın əsas səbəbi odur ki, ötən illə müqayisədə aparılan əməliyyatların sayında azalma var. İlkin qeydiyyatdakı problemlər isə bu istiqamətdə qəbul olunan qərarların ləngiməsi, problemin həddən artıq böyüməsi ilə bağlıdır”.


Ekspert bildirib ki, bu gün ölkədə on minlərlə qeydiyyatsız tikili mövcuddur:
 

“Həmin tikililərin qeydiyyatı istiqamətində aparılan müzakirələr hələ ki konkret nəticə verməyib. Müvafiq icra hakimiyyəti orqanı əsasən daxil olan müraciətlər üzrə yanaşmada daha çox məsələnin məhkəmə qaydasında həllinə üstünlük verir. Bu cür problemlərin olması təbii ki, göstəricilərə ciddi təsir göstərir”.
 

Rəşid Qarayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
modern.az

1Mənbələr