Rusiyada illik müqayisədə yeni lüks avtomobillərin satışı son 14 ayda ilk dəfə olaraq azalıb.
Bakıvaxtı.az Autostat analitik agentliyinə istinadən xəbər verir ki, 2024-cü ilin may ayında 38 yeni lüks avtomobil satılıb. Bu, o deməkdir ki, lüks avtomobillərin satışı 22% azalıb.
2024-cü ilin may ayında ən populyar üç avtomobilə "Bentley Bentayga", "Lamborghini Urus" və "Rolls-Royce Cullinan" daxildir.
Ay ərzində Rusiyada 14 min "Haval" avtomobili satılıb. Bununla da "Haval"ın Rusiyadakı bazar payı 11,1%-ə çatıb.
Gülşən Şərif