AZ

Generaldan müharibə ilə bağlı dəhşətli proqnoz: İran da qoşulacaq

İsrail ordusunun Livan Hizbullahına qarşı hücum əməliyyatları keçirməsi İranın da iştirak edəcəyi münaqişəyə səbəb ola bilər.

Medianews.az  xəbər verir ki, bu barədə ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib.

“Şiələr döyüş potensialına və silahların sayına görə fələstinliləri üstələdiyi üçün “Hizbullah” HƏMAS-dan daha çox İDF üçün təhlükə yaradır. Məncə, İran Hizbullaha daha çox dəstək verməyə meylli olacaq. Bütün bunlar regionda münaqişənin genişlənməsinə töhfə verə bilər”, – general bildirib.

Qeyd edək ki, bundan öncə İsrailin xarici işlər naziri İsrael Katz İsrail hakimiyyətinin Livanla bağlı lazımi qərarları tezliklə qəbul edəcəyini bildirmişdi.

Ayşən

 

Seçilən
112
medianews.az

1Mənbələr