AZ

AVRO-2024-ü erkən bitirdi

Şotlandiya yığmasının qapıçısı ilə toqquşma nəticəsində zədələnən Varqanın almacıq sümüyü sınıb. AVRO-2024-də qrup mərhələsinin sonuncu turunda Şotlandiyaya 1:0 hesabı ilə qalib gələn Macarıstan millisi heyətlə bağlı ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, macarların aparıcı futbolçusu son oyunda sıradan çıxıb. Söhbət Macarıstan millisinin hücumçusu Barnabas Varqadan gedir. Şotlandiya yığmasının qapıçısı ilə toqquşma nəticəsində zədələnən Varqanın almacıq sümüyü sınıb. Macarıstan millisinin baş məşqçisi Marko Rossi onun AVRO-2024-də bir daha meydana çıxa bilməyəcəyini qeyd edib. Qeyd edək ki, qrupda 3-cü yeri tutan Macarıstan yığmasının ən yaxşı üçüncü kimi 1/8 finala vəsiqə qazanmaq ehtimalı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
matc.az

1Mənbələr