AZ

Qətlə yetirİlən üç polisimizə şəhidlik statusu VERİLƏCƏK

Qətlə yetirilən üç polisimizə şəhidlik statusu VERİLƏCƏK

Xəbər verdiyimiz kimi, paytaxtın Xəzər rayonun Şüvəlan qəsəbəsində silahlı insident zamanı 3 polis əməkdaşı və 1 mülki şəxs həlak olub. inayətkar 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev hadisə zamanı ailə üzvlərini - həyat yoldaşını, uşaqları irəli verib, onların arxasından polis əməkdaşlarına atəş açıb. Polis əməkdaşları o anda silah tətbiq etməyiblər ki, günahsız insanlar, uşaqlar qurban olmasınlar, özlərini fəda ediblər. Sonra polis əməkdaşları cinayətkarı zərərsizləşdirməklə məhv ediblər.

Hadisə yerində qətlə yetirilən polislərimizə şəhidlik statusu veriləcək? Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekpsert Tərlan Eyvazov bildirib ki, polislərimiz öz vəzifə borclarını yerinə yetirərkən həlak olublar:

"Təbii ki, qanunda müəyyən qaydalar var. Polis nəfəri, təhlükəsizlik orqanlarında çalışan şəxslər vəzifə başında həlak olarkən onlara şəhidlik statusu verilir. Yəni ailəsi dövlət tərəfindən tam təminata götürülür və onların təklifləri üçün müəyyən tədbirlər görülür. Onlar əli silahlı cinayətkarı yaxalamaq üçün atəş açsaydılar mülki vətəndaşa zərər dəyə bilərdi. Onlar mülki vətəndaşları öz canları ilə qoruduqları üçün cinayətkar odlu silahla polislərimizi öldürə bilib. Cinayətkar öz ailəsini girov kimi götürüb. Polislərimizin bu hərəkəti qəhrəmanlıqdır və şəhidlik statusuna bərabər tutulmalıdır".

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
sonxeber.az

1Mənbələr