AZ

BMT rəsmisi: Qəzzada yarım milyon tələbə təhsil hüququndan məhrum edilib

BMT-nin rəsmisi Sem Rouz Qəzza zolağında yarım milyondan çox tələbənin 8 aydır təhsildən məhrum edildiyini və bu vəziyyətin dəhşətli və üzücü olduğunu bildirib.

AZXEBER.COM xəbər verir ki, qarşıdurmaların ortasında qalan Qəzzalı tələbələr məktəbə gedə bilmir və dərslərindən uzaqlaşır, təhsil hüququndan məhrum edilir.

Təhsilin kəsilməsi gənc nəslin gələcəyini qaraltsa da, regionda humanitar böhran getdikcə dərinləşir.

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) planlaşdırma direktoru Sem Rouzun Qətərdə yerləşən Əl-Cəzirə İngilis kanalına verdiyi açıqlama agentliyin \"X” sosial media hesabında dərc olunub.

\"Qəzzada 39 min lisey şagirdinin universitet imtahanlarına girə bilməməsi kədərimizi daha da artırdı. Qəzzada yarım milyondan çox uşaq 8 aydır təhsil hüququndan məhrum edilib. Dəhşətli haldır ki, bu uşaqlar hər şeydən əvvəl təhsil almaq imkanı tapa bilmirlər”, məlumatda deyilir.

Ayşən
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
azxeber.com

1Mənbələr