AZ

Mahaçqala terrorunda iki oğlu öldürülmüş icra başçısı DANIŞDI: “Vəhhabi olduqlarını bilirdim”

Dağıstanın Serqokalinski rayonunun başçısı Maqomed Ömərovun iki oğlu Mahaçqaladakı hücumda iştirak etdiyi məlum olub.

Məlumatlarda qardaşların ikisinin də zərərsizləşdirildiyi bildirilir.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, oğulları terror aktında iştirak etmiş Maqomed Ömərov istefa verdikdən sonra istintaqa cəlb olunub.

O, ifadəsinə oğullarının vəhhabi əqidəsindən xəbərdar olduğunu etiraf edib.

“Məhəmmədin səkkiz oğlu var. Həmin şəxs istintaqa bildirib ki, oğullarından bəziləri, eləcə də qardaşı oğlu vəhhabi olublar”, – Baza telegram kanalı yazıb.

Ömərovun sözlərinə görə, son illər oğulları ilə əlaqə saxlamayıb və özünü vəhhabi hesab etmir.

Qeyd edək ki, Mahaçqala və Dərbənddə iki kilsə və bir sinaqoqa, o cümlədən yol polisi postuna hücum edilib. Son məlumata görə, törədilən terror aktları zamanı 7 polis əməkdaşı və iki mülki şəxs həlak olub. Daha 25 nəfər yaralanıb.

Orxan HƏSƏNLİ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
konkret.az

2Mənbələr