AZ

Dərini günəş şüalarının təsirindən qoruyun - Həkim məsləhəti » AzadMedia.az



Yay fəslində dərini günəş şüalarının təsirindən necə qorumaq olar? Çoxlarını düşündürən bu suala Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-dermatoveneroloqu İlqar Ağamirov cavab verib. Həkim qeyd edib ki, Azərbaycan coğrafi olaraq isti iqlim qurşağında yerləşir. Bu da, öz növbəsində, Günəşin intensivliyinin çox olması deməkdir. Belə ki, ilin 300-320 günü ölkəmizdə günəşli hava olur. Bu da günəş şüalarına həssas olanlarda, xüsusilə də açıq dərili insanlarda narahatçılıq yaradır.
Günəş şüalarından qorunmağın əsas yolu Günəşin intensiv saatlarında, yəni 12:00-16.00 aralığında açıq havada, birbaşa Günəş altında olmamaq, qoruyucu geyim və çətirlərdən istifadə etməkdir. Sutkanın bu saatlarında çimərlikdə olmaq çox təhlükəlidir, çünki Günəş zenitdə olur, yəni duzbucaq altında dəriyə təmas edir. Ona görə də, çimərlikdə açıq havada ya 12:00 –a qədər, ya da 16:00-dan sonra olmaq lazımdır. Həm də bu saatlarda şüalar daha intensiv olur. Bu arada nəyinki dəridə yanıqlar, həmçinin günvurma və istivurma ola bilər.
Günəşdən qorunmaq üçün hər kəs, xüsusən də daha həssas insanlar vaxtı münasib seçməli və açıq rəngli geyimlərdən istifadə etməlidirlər. Həmçinin, baş geyimlərindən istifadə etmək tövsiyə olunur.
Seçilən
178
1
azadmedia.az

2Mənbələr