AZ

Azərbaycan yaşıl enerjinin istehsalı, onun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü addımlar atır



"Azərbaycan alternativ enerji mənbələri, xüsusilə də yaşıl enerjinin istehsalı, onun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü addımlar atır. Beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu siyasət qlobal məkanda da təqdir edilir, dəstəklənir. Bu günlərdə ölkəmizin paytaxtında keçirilən Bakı Enerji Həftəsi çərçivəsində başda Birləşmiş Ştatlar prezidenti Co Bayden olmaqla bir sıra dövlət və hökummət başçılarının Azərbaycan liderinə ünvanladığı məktublarda qeyd edilən məqamlar da bunu təsdiqləyir".

Bu fikirləri Newscenter,az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. Rəsmi Bakının yaşıl enerjinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atdığını deyən Arzuman Muradlı qeyd edib ki, dövlət başçısı “Euronews”a telekanalına verdiyi müsahibəsində də Azərbaycanın yaşıl gündəliyi, onun nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici ölkə olması barədə ətraflı danışıb:

"Azərbaycanın alternativ enerji mənbələrindən istifadə, yaşıl enerjinin inkişafı istiqamətində atdığı adddımlar dünya tərəfindən də diqqətlə izlənməkdədir və bu sahəyə xüsusi maraq göstərilir. Xüsusilə, Azərbaycanın "Masdar" şirkəti ilə bu sahədə imzaladığı sazişi qeyd etmək yerinə düşər. Məlumat üçün qeyd edək ki, keçən il ölkəmizdə şirkətin sərmayəsi hesabına qurulmuş 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Şirkətlə imzalanmış 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaq".

İctimai Birlik sədri deyib ki, Azərbaycanın bu ilin sonunda evsahibliyi edəcəyi COP29 tədbiri də yaşıl enerjinin inkişaf etdirilməsi istiqamətində Azərbaycanın davamlı işlər gördüyünün və bu işlərin qlobal miqyasda dəstəkləndiyini ortaya qoyur.

Süleyman
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
newscenter.az

1Mənbələr