AZ

Ağdamda tikinti işləri üzrə 16,2 milyonluq tender uduldu - DETALLAR

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti Və İdarəetmə Xidməti  ““Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 4-cü məhəllə üzrə 126 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı ) 6 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikintisi” işlərinin satınalınması” tenderinin nəticələrini elan edib.

Bu şirkət Ağdamda 102 mənzil tikintisi müqabilində 13,6 milyon - QAZANACAQ

FED.az xəbər verir ki, tenderin qalibi "SNT" İnşaat Şirkəti olub.

Qalib şirkətlə 16 211 373 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, "SNT" İnşaat Şirkəti 1999-cu ildə yaradılıb, nizamnamə kapitalı 1 469.78 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Süleyman Aslanov Şəmsəddin oğludur. Hüquqi ünvanı AZ1078, Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman, ev 28 ünvanında yerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
fed.az

2Mənbələr