AZ

DAĞISTANDA TERROR - YENƏ “UKRAYNA İZİ”? - Putin və ətrafı çətin duruma düşüblər

Bu dəfə günahı Kiyevin üzərinə atmaq çətin olacaq

“Bunun arxasında Ukrayna və NATO ölkələrinin kəşfiyyat xidmətləri dayana bilər... Çünki biz “xüsusi hərbi əməliyyat”da bütün cəbhələrdə uğur qazanırıq, bu da o deməkdir ki, onlara ölkəmizdə vəziyyəti qarışdırmaq lazımdır”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya parlamentinin Dağıstanı təmsil edən deputatı Abdulhakim Hacıyev Mahaçqalada və Dərbənddə baş verən məlum terror aktları barədə “Rossiya-1” kanalına açıqlamasında deyib.

“İnanıram ki, əgər biz milli və dini dözümsüzlük, nifrət və rusofobiya ilə bağlı hər bir terror aktını Ukrayna və NATO-nun əməli ilə əlaqələndirsək, bu “çəhrayı duman” bizi böyük problemlərə aparacaq. Başqasının gözündə tükü görürük, amma öz gözümüzdə tiri görə bilmirik".

Bunu isə Kremlin ən qatı təbliğatçılarından olan “Roskosmos”un sabiq rəhbəri, hazırda isə Rusiya Federasiya Şurasında işğal edilmiş Zaporojye vilyəti ərazilərini təmsil edən Dmitri Roqozin deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
azpolitika.info

1Mənbələr