AZ

Azərbaycan ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpa olunan enerji istehsalına yönəldir- ÖZƏL

"Prezident İlham Əliyev 21 iyun tarixində Euronews televiziya kanalına müsahibəsində Azərbaycanın neft-qaz ixrac edən ölkə olmaqla yanaşı yaxın gələcəkdə yaşıl enerji ixrac edən dövlət olacağını və bu sahədə dünyanın nəhəng enerji şirkətləri ilə yüksək səviyyədə əməkdaşlıq edildiyini vurğuladı". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Kamilə Əliyeva deyib: "Azərbaycan ənənəvi enerji mənbələri ilə yanaşı, yaşıl enerjiyə sərmayə yatıran xarici şirkətlər üçün cəlb edici dövlətdir. 2023-cü ildə dünyanın nəhəng enerji şirkətlərindən olan "Masdar" ölkəmizdə günəş elektrik stansiyası inşa etdi. Son illər Azərbaycan ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpa olunan enerji istehsalına yönəldir. COP-29-a ev sahibliyi edən Azərbaycanın yaşıl enerjiyə keçid prosesində öndə gedən dövlətlərdən olması dünya ölkələrinə bir nümunədir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
olaylar.az

1Mənbələr