AZ

"Real" yeni transferini bu tarixdə təqdim edəcək

Braziliyalı hücumçu Endrik 18 yaşı tamam olduğu gün, iyulun 21-də "Real"la müqavilə imzalayacaq.

Publika.az xəbər verir ki, 5 gün sonra isə rəsmən azarkeşlərə təqdim olunacaq. Bu barədə "The Athletic" məlumat yayıb.

Bu tədbirlərin hər ikisi Madriddə baş tutacaq. Təqdimatın "Santyaqo Bernabeu" stadionunda baş tutması ehtimalı var. Endrik daha sonra ABŞ turunda olacaq Madrid klubunun düşərgəsinə qoşulacaq.

Braziliyalı forvardın 16 nömrəli forma geyinəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
publika.az

1Mənbələr