AZ

Məlikli Bələdiyyəsinə cərimə yazıldı

Qəbələ Rayonu Məlikli Bələdiyyəsinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, bələdiyyə barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Qəbələ Rayon Məhkəməsində hakim Ülvi Qənbərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bu xətaya görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
e-huquq.az

2Mənbələr