AZ

Müxalifət partiyası qətlə yetirilən polislərimizlə bağlı başsağlığı verdi


Musavat.com xəbər verir ki, müxalif Ağ Partiya qətlə yetirilən polislərimizlə bağlı başsağlığı mətni yayıb. 

Tural Abbaslının başqanı olduğu Partiyanın yaydığı mətni təqdim edirik:

"Bu gün, gecə saatlarında paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində 3 polis əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən həyatlarını itiriblər. AĞ Partiya olaraq, bu xəbərdən çox sarsıldığımızı bildirir, həyatlarını itirən polis əməkdaşlarının ailə üzvlərinə, yaxınlarına və DİN-in rəhbərliyinə və bütün kollektivə dərin hüznlə başsağlığı veririk. Allah bir daha dövlətimizə və millətimizə belə hadisələr yaşatmasın".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
musavat.com

1Mənbələr