AZ

Deputat: İqlim dəyişikliyinə diqqət hazırda ən önəmli və təcili çağırışlardan biridir

İqlim dəyişikliyinə diqqət hazırda ən önəmli və təcili çağırışlardan biridir.

"Operativ Media" xəbər verir ki, bu sözləri Milli Məclisinin deputatı Kamal Cəfərov Xankəndi şəhərində keçirilən “Ətraf Mühitin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda" Elmi-Praktiki Konfrans zamanı deyib.

Millət vəkili qeyd edib ki, bu çağırış milli və qlobal səyləri şərtləndirir:
",Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişimlərin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. 

Bu sahədə həyata keçirilən tədbirlərin fonunda təsadüfi deyil ki, COP 29-a ev sahibliyi etməsi Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, qlobal miqyasda göstərdiyi səylərin tanınmasının bariz nümunəsidir".

Deputat deyib ki, COP 29 beynəlxalq konfransı çərçivəsində Azərbaycan Parlamentinin də üzərinə mühüm vəzifələr düşür:

"Şübhəsiz ki, məqsədlərimizə çatmaq üçün bu prosesdə beynəlxalq birliyin bütün üzvlərinin iştirakı vacibdir.

Azərbaycan Respublikasının Milli Məclisi Parlamentlərarası İttifaq ilə birlikdə COP-29 çərçivəsində Parlament İclası təşkil etməyi planlaşdırır. Bu tədbir parlamentarilərə geniş fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə hansı addımları ata biləcəklərini müəyyən etmək imkanı verəcəkdir. Beləliklə, görüş çoxtərəfli iqlim fəaliyyətinə parlament töhfəsi verəcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
4
operativmedia.az

5Mənbələr