AZ

“Diniyev dedi ki, sən “6” və “8 nömrə”dən başqa oynaya bilmirsən”

2023/24 mövsümünü “Səbail”də icarədə keçirən Bahadur Həziyev “Şamaxı”ya qayıdıb.

25 yaşlı futbolçu “FutbolPress“ə açıqlamasında “dənizçilər”dəki çıxışını dəyərləndirdi:

“Mövsüm mənimçün pis alındı. Öz mövqeyimdə oynamırdım, meydanda itirdim. Mənim mövqeyim yarımmüdafiənin mərkəzi deyil, hücum oyunçusuyam mən. Az şans qazanmağı nə iləsə bəhanə etmək istəmirəm, amma mövqeyimdə 4 legioner var idi və onlara üstünlük verilirdi”.

Vinger problemlə bağlı baş məşqçi Şahin Diniyevlə danışsa da, fikirlərinin qəbul edilmədiyini bildirdi:

“Bəli, çox danışmışdım. Diniyev dedi ki, sən “6” və “8 nömrə”dən başqa oynaya bilmirsən. Halbuki mən bura gəlməzdən əvvəl bütün klublarda hücum oyunçusu kimi oynamışam. Artıq bunlar keçmişdə qaldı. Hansısa qərarıma peşman deyiləm. “Səbail”ə öz istəyimlə keçmişdim”.

Müqavilə ilə “Şamaxı”ya məxsus olan Həziyev hələ klubla görüşmədiyini əlavə etdi:

“Şamaxı”nın yeni məşqçilər korpusuna uğurlar arzu edirəm. Hələ kimləsə danışmamışam. Xeyirlisi nədirsə, o olsun”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
futbolpress.az

1Mənbələr