AZ

"Xan"ın satışdan gəliri artıb

Araq, konyak, şampan məhsulları istehsal edən və "Xan" brendi ilə tanınan "Göygöl Şərab Zavodu" ASC 2023-cü ili 1 milyon 406 min manat xalis zərər ilə başa vurub. Şirkət 2022-ci ili 789 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "Göygöl Şərab Zavodu"nin xalis zərəri 617 min manat və ya 78,2% artıb.

Marja.az xəbər verir ki, "Göygöl Şərab Zavodu"nun satışdan gəliri (əsas əməliyyat gəliri) 2022-ci ildə 15 milyon 52 min manat ikən, 2023-cü ildə 15 milyon 672 min manata yüksəlib (620 min manat artıb). Gəlirin artmasına qarşılıq əməliyyat xərclərinin daha çox artması ASC-nin xalis zərərinin artması ilə nəticələnib.

“Göygöl Şərab” ASC Azərbaycanın qocaman malik şərab, konyak, şampan, və vodka istehsal edən müəssisəsidir. Zavod əsasən “Xan”, “Göygöl”, “Karabakh” markaları ilə şərablar istehsal edir. “Göygöl Şərab Zavodu” ASC 16 sentyabr 2005-cı il tarixindən səhmdar cəmiyyət kimi fəaliyyət göstərir. Əsas səhmdarı 99.88% payla “Vinagro” MMC-dir. “Vinagro” MMC-nin təsisçisi nizamnamə kapitalında 100% payla Həsənov Rafiq Həsən oğludur.

Göygöl Şərab Zavodu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
marja.az

1Mənbələr