AZ

YAP Nizami rayon təşkilatında şəhid Əsəd Əsədlinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Əsəd Mahir oğlu Əsədlinin doğum günü ilə əlaqədar xatirəsinə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Respublikasının Dövlət Himinin səsələndirilməsindən və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şəhidin xatirəsinə həsr edilmiş video-çarx nümayiş etdirilib.

Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Həsənovaya, şəhidin məzunu olduğu 229 saylı orta məktəbin direktor müavini Lalə Tağıyeva və başqaları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən və Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlığından söhbət açıblar.

Qeyd edilib ki, Əsəd Əsədli Füzuli və Xocavənd istiqamətində döyüşlərdə iştirak edib, 2020-ci il noyabr ayının 9-da şəhid olub. Əsəd Əsədli “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Şəhidin anası Səidə Abbasova, qardaşı Səməd Əsədli isə Əsəd Əsədli ilə bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, şəhidlərin ailə üzvlərinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
ikisahil.az

1Mənbələr