AZ

Rəvan Həsənov: Xaricdən Azərbaycana gəlib təhsil almaq istəyən gənclərə maneələr yaradılır

Bakı, 24 iyun, AZƏRTAC

Xaricdən Azərbaycana gəlib təhsil almaq istəyən gənclərə müxtəlif vasitələrlə maneələr yaradılır. Gənclərə Azərbaycanın dini mərkəz olmadığını bildirirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan İlahiyyat İnstitutunda keçirilən “Məzun günü”ndə çıxışı zamanı söyləyib.

R. Həsənov vurğulayıb ki, xaricdəki gənclərə, eyni zamanda, Azərbaycanda keyfiyyətli dini təhsil almağın mümkünsüzlüyünü aşılayırlar və müxtəlif administrativ yollarla onlara mane olmağa çalışırlar.

İcraçı direktor bu baxımdan 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Azərbaycan İlahiyyat İnstitutunun mühüm təhsil ocağı olduğunu vurğulayıb. Bildirib ki, institut milli kadrlar yetişdirmək baxımından önəmli təhsil ocağıdır.

Seçilən
61
azertag.az

1Mənbələr