AZ

Dağıstanda qanlı hücumlar: kilsə və sinaqoq atəşə tutulub, polislər güllələnib

Dağıstanda baş vermiş terror aktları nəticəsində 20 nəfər ölüb.


Referans.az Trend-ə istinadən xəbər verir ki, hadisə zamanı azı 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb.

Daha 44 nəfərin yaralandığı qeyd olunur.

---------
00:16

Yəhudi dini qurumları bildiriblər ki, Dərbənddə olduğu kimi Mahaçqalada da sinaqoqa hücum edilib.

Referans.az bildirir ki, Dərbənddə antiterror əməliyyatının aktiv mərhələsi başa çatıb, əməliyyatlar zamanı 2 yaraqlı öldürülüb.

Mahaçqala hakimiyyəti növbəti xəbərdarlığa qədər şəhərdəki bütün əyləncə tədbirlərinin ləğv edildiyini elan edib.

Terror aktı zamanı Mahaçqala sinaqoqunda heç kim xəsarət almayıb.

16 nəfər Mahaçqala xəstəxanasına çatdırılıb.

Onların arasında 13 yaralı polis və üç mülki şəxs var. Ölənlərlə bağlı məlumat dəqiqləşdirilir.   

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
referans.az

1Mənbələr