AZ

Ermənipərəst fransız nə üçün Xankəndidə basdırılmaq istədi? – VİDEO

Rövşən Məmmədovun müəllifi və aparıcısı olduğu “Həftə” analitik-informasiya proqramında Xankəndidən maraqlı süjet hazırlanıb.

Süjetdə qondarma “erməni soyqırımı”nı dünyaya yayan Anri Sabinin “guya” vəsiyyət etdiyi, külünün basdırıldığı yerdən görüntülər təqdim edilib.

Ermənidən daha çox erməni olmaq istəyən deputatın arzusu çin olub və hazırda onun külü Xankəndidə basdırılıb.

“Həftə” komandası Xankəndidə çəkiliş apararkən Qarabağın erməni sakinlərinin bu gün, bu ərazilərdə rahat və təhlükəsiz şəkildə həyatlarına davam etdiyi də kadrlarda əks olunub.

Görüntülərdə Qarabağ erməniləri ilə yanaşı bu yerlərin əsl sahiblərinin erməni vandalizminə tuş gəlmiş torpaqlarında yenidənqurma işlərinin necə sürətlə davam etdiyini də görə bilirik.

Daha ətraflı məlumatı keçiddə əldə edə bilərsiniz:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
2
moderator.az

3Mənbələr