AZ

“Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə”nin yeni formada verilməsinə başlanılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin TəhlükəsizGörülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən verilən“Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılmasıhaqqında şəhadətnamə” beynəlxalq daşımalar üçün də keçərlioldu.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.

Belə ki, “Nəqliyyat vasitələrinin təhlükəli yüklərin daşınmasınaburaxılması haqqında şəhadətnamə”nin formasının beynəlxalqtələblərə uyğunlaşdırılması məqsədilə müvafiq dəyişiklik əsasındaAgentlik tərəfindən şəhadətnamələrin beynəlxalq tələblərə uyğunyeni formada verilməsinə başlanılıb.

Qeyd edək ki, əvvəllər verilən şəhadətnamələr “Təhlükəliyüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında” AvropaSazişinin tələblərinə uyğun olmadığından, fiziki və hüquqi şəxslərtərəfindən təhlükəli yüklərin beynəlxalq daşınmasında çətinlikləryaranırdı. Belə ki, təhlükəli yüklərin daşındığı nəqliyyatvasitələri xarici dövlətlərlə sərhəddə saxlanılır və beynəlxalqdaşımaya uyğun şəhadətnamə tələb edilirdi. Nəticədə ixrac və yaidxal olunan təhlükəli yüklərin avtonəqliyyat vasitələri iləbeynəlxalq daşınması Azərbaycan Respublikasının daşıyıcılarıtərəfindən deyil, Sazişə qoşulmuş digər ölkələrin şirkətləritərəfindən həyata keçirilirdi.

Beləliklə, şəhadətnamənin yeni forması yuxarıda qeyd olunanproblemi həll etməklə yanaşı, milli qanunvericiliklə beynəlxalqsaziş arasındakı uyğunsuzluğu aradan qaldırır, eyni zamanda yerlidaşıyıcıların potensial müştərilər qarşısında nüfuzunu artırır vəyeni iş imkanları yaradır.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
28
az.trend.az

10Mənbələr