AZ

Aİ Gürcüstanı hədələdi: Qapıları bağlayacağıq

Tbilisi mövcud siyasi kursunu davam etdirsə, Avropa İttifaqı Gürcüstana qapılarını bağlayacaq.

Medianews.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Cozef Borrell bildirib.

“Avropa hazırda Gürcüstan məsələsi ilə bağlı konkret qərarlar qəbul etmir, lakin tezliklə vəziyyət dəyişə bilər.Aİ-yə gedən yol Gürcüstan xalqları üçün açıqdır. Lakin hökumət gördüyü işləri davam etdirsə, bu yol bağlanacaq”.

Borrel xatırladıb ki, hazırda Aİ ölkələrində Gürcüstana qarşı hansı tədbirlərin tətbiq oluna biləcəyi ilə bağlı məsləhətləşmələr aparılır və ölkəyə maliyyə dəstəyinin məhdudlaşdırılması ehtimalı barədə xəbərdarlıq edib. Bundan əlavə, yüksək siyasi səviyyədə əlaqələr məhdudlaşdırıla bilər. Diplomat bu tədbirlərin Gürcüstan əhalisinə təsir etməyəcəyini iddia edir.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı Gürcüstan hökumətinin qəbul etdiyi xarici agentlər haqqında qanunla əlaqədar yüksək səviyyəli ikitərəfli səfərlərin dayandırılmasının mümkünlüyünü açıqlamışdı.

Ayşən

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
medianews.az

1Mənbələr