AZ

Rusiyaya qarşı 14-cü sanksiya – Avropa İttifaqından YENİ QƏRAR

Avropa İttifaqı Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib.

KONKRET.az xəbər verir ki, bu sanksiyalarda nəzərdə tutulan tədbirləlr aşağıdakılardır:

116 fiziki və hüquqi şəxsə qarşı məhdudiyyətlər;

Rusiyanın mayeləşdirilmiş təbii qazının Avropa limanları vasitəsilə tranzitinə məhdudiyyətlər;

SWIFT-in rus analoqu olan Rusiya Bankı Maliyyə Mesajlarının Ötürülməsi Sisteminə (SPFS) qarşı tədbirlər;

siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, beyin mərkəzlərinin və medianın Rusiyadakı mənbələrdən maliyyə almasına qadağa

Brüsselə görə Rusiyaya ikili təyinatlı mal və texnologiyaların tədarükündə kömək edən 61 şirkətə (onların bəziləri Çin, Qazaxıstan, Qırğızıstan, Türkiyə və BƏƏ) ixrac məhdudiyyətləri;

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
konkret.az

1Mənbələr