AZ

Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Milli Ordumuzun formalaşması daha da sürətləndi- ÖZƏL

"Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərindəki uğursuzluqlar ordu quruculuğu sahəsində də yaşandı və torpaqlarımızın işğalına səbəb oldu. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  bütün sahələrin inkişafında yeni mərhələ başladı". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskayanın sözlərinə görə, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında müqavilə imzalandıqdan sonra  Milli Ordumuzun  formalaşması daha da sürətləndi: "Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
olaylar.az

1Mənbələr