AZ

Konfrans Liqası: “Sumqayıt”ın Macarıstan klubu ilə ev oyununun stadionu bəlli olub

Konfrans

Bakı, 24 iyun, AZƏRTAC

“Sumqayıt”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstanın “Fehervar” komandası ilə keçirəcəyi ev oyununun stadionu bəlli olub.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, qarşılaşma, böyük ehtimalla, yenilənmiş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq.

Artıq arenanın avrokubok oyunları üçün tələb olunan standartlara uyğunlaşdırılması üçün işlərə start verilib.

Qeyd edək ki, “Sumqayıt” “Fehervar”la ilk oyunu iyulun 25-də evdə, cavab matçını isə avqustun 1-də səfərdə keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
azertag.az

3Mənbələr